Ölkə əhalisinin 5,2%-i sosial müavinətlə təmin olunub

Ölkə əhalisinin 5,2%-i sosial müavinətlə təmin olunub

SOSİUM
288

Fins.az - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2025-ci il ərzində 76,1 min aztəminatlı ailənin 336 min üzvünə Ünvanlı Dövlət Sosial Yardım (ÜDSY) ödənişi təmin olunub. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 422,4 manat olub.

Hesabata görə:

  • 471,1 min nəfərə və ya ölkə əhalisinin 4,6%-nə aylıq,

  • 58 min nəfərə və ya ölkə əhalisinin 0,6%-nə birdəfəlik olmaqla,
    ümumilikdə 529 min nəfərə və ya ölkə əhalisinin 5,2%-nə sosial müavinət verilib.

Eyni zamanda, 406,6 min nəfərə və ya ölkə əhalisinin 4,0%-nə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilib.

Hesabat dövründə əhaliyə sosial xidmətlərin proaktiv qaydada göstərilməsi tədbirləri də davam etdirilmiş, 2025-ci ildə 157,8 min nəfərə elektron qaydada sosial müavinət və Prezident təqaüdü təyin olunub. Bu, sosial yardımın daha şəffaf və vaxtında təqdim edilməsini təmin edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ölkə əhalisinin 5,2%-i sosial müavinətlə təmin olunub — Fins.az — Fins.az