
Ofis Meneceri - VAKANSİYA
Fins.az - Qafqaz Təhsil Mərkəzi vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
Şirkət adına ünvanlanmış elektron və kağız sənədləri qeydiyyata almaq və icraçılara təqdim etmək.
Göndərilən sənədləri qeydiyyata almaq və ünvanlarına göndərilməsini təmin etmək.
İcrada olan sənədlərin icra vəziyyəti statusuna nəzarət etmək.
Vaxtı bitmiş sənədlərin arxivləşdirilməsini təmin etmək.
Daxil olan müraciətlərin qəbulu və həlli.
Ofisə gələn qonaqları qarşılamaq və yönləndirmək.
Ofis ləvazimatlarının sifarişini hazırlamaq və inventarın hərəkətini idarə etmək.
İclas otağının və cavabdeh olduğu digər iş sahələrini iş üçün hazır vəziyyətdə saxlamaq.
İşçilərin xidməti görüşlərə dair qeydiyyat jurnalının doldurulmasına nəzarət etmək.
İşçilər üçün xidməti nəqliyyatı təşkil etmək və prosesin aylıq elektron hesabat cədvəlini aparmaq.
Vəzifə təlimatına uyğun digər işləri icra etmək.
Namizədə olan tələblər
Təhsil: Ali və ya orta ixtisas təhsili.
Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi ünsiyyət bacarıqları, təşkilatçılıq, təşəbbüskarlıq,komandada işləmə qabiliyyəti, intizamlılıq, dəqiqlik, məsuliyyət və məqsədyönümlülük.
İş təcrübəsi: Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan , ingilis dili isə arzuolunandır.
Kompüter bacarıqları: Microsoft Office, Word və Excel proqramlarında işləmə bacarığı.
Əmək şəraitinin şərtləri
Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq 500-700 AZN.
İş vaxtı: 6 günlük iş həftəsi saat 10:00-dan 18:00-dək
Tibbi sığorta təminatı
İllik məzuniyyət hüququ
İş yeri Cəfər Cabbarlı 610, Kaspian Plaza yanı
Zəhmət olmasa, mövzu bölməsində “Ofis meneceri” qeyd etməklə CV-nizi qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərin.
Müsahibəyə vakansiya tələblərinə uyğun gələn namizədlər dəvət olunacaqdır