Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb

Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb

SOSİUM
794

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Bu barədə Fins.az-an nazirlikdən məlumat verilib. 

Qeyd olunub ki, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb — Fins.az — Fins.az