Naxçıvanda sosial ödənişlər 12% artıb

Naxçıvanda sosial ödənişlər 12% artıb

SOSİUM
256

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında sosial ödənişlər üzrə dövlət dəstəyi genişlənərək artım dinamikası nümayiş etdirib.

Fins.az-ın məlumatına görə, il ərzində sosial müavinətlər və təqaüdlər üzrə ümumilikdə 79,4 milyon manat vəsait ödənilib ki, bu da əvvəlki illə müqayisədə 12 faiz çoxdur.

Məlumata əsasən, vəsait bölgüsündə aylıq sosial müavinətlər üçün 45,9 milyon manat, birdəfəlik müavinətlər üçün isə 1,1 milyon manat ayrılıb. Məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinətlərin həcmi 4,9 milyon manat, Prezident təqaüdləri üzrə ödənişlər isə 31,8 milyon manat təşkil edib.

Sosial təminat sahəsində diqqətçəkən məqamlardan biri ödənişlərin avtomatlaşdırılmış təyinat sistemi vasitəsilə həyata keçirilməsidir. İl ərzində 7 158 nəfərə sosial müavinət və təqaüd proaktiv qaydada təyin edilib ki, bu da ümumi təyinatların 79 faizinə bərabərdir.

Eyni zamanda, məcburi dövlət sosial sığorta hesabına müavinətlər üzrə əlavə 1 882 nəfərə də proaktiv təyinat həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda sosial ödənişlər 12% artıb — Fins.az — Fins.az