Bu ilin yanvar-fevral aylarında Naxçıvan MR-da orta aylıq əməkhaqqı 536,2 manat təşkil edib. Fins.az bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.