Naxçıvanda müharibə əlilləri və şəhid ailələrinə mənzil verilib

Naxçıvanda müharibə əlilləri və şəhid ailələrinə mənzil verilib

SOSİUM
312

2025-ci ildə Naxçıvanda sosial təminat tədbirləri çərçivəsində müharibə ilə bağlı həssas qruplara yönələn dəstək tədbirləri davam etdirilib.

Fins.az Dövlət Sosial Müdafiə Fondu məlumatına əsasən xəbər verir ki, il ərzində Naxçıvan şəhərində yerləşən çoxmənzilli binada 3 müharibə əlilliyi olan şəxs və 1 şəhid ailəsi mənzillə təmin olunub.

Hazırda muxtar respublika üzrə 156 imtiyazlı şəxs mənzil uçotundadır. Onların 67-si şəhid ailəsi üzvü, 81-i müharibə əlili, 5-i Çernobıl əlili, 3-ü isə gözdən əlilliyi olan şəxslərdir. Bu şəxslərdən 61 nəfərin faktiki mənzil ehtiyacının olduğu müəyyən edilib.

Sosial dəstək yalnız mənzil təminatı ilə məhdudlaşmayıb. 2025-ci ildə Dəstək Fondu tərəfindən 190 şəhid ailəsi üzvü, 75 müharibə veteranı və 135 müharibə əlilliyi olan şəxsə maddi yardım göstərilib. Bu məqsədlə ümumilikdə 252,7 min manat vəsait xərclənib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda müharibə əlilləri və şəhid ailələrinə mənzil verilib — Fins.az — Fins.az