
Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi - VAKANSİYA
Fins.az - ABB-İnvest İnvestisiya Şirkəti QSC Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
İş şəraiti:
Şəhər: Bakı
İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
Müştəri tərəfindən telefon və e-mail vasitəsi ilə göndərilən müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
Şirkətin ən son yenilikləri və kampaniyaları haqqında məlumat vermək;
Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
Qarşıya çıxmış problemləri operativ həll etmək məqsədilə müştərini aidiyyəti struktur və şəxslərə yönləndirmək;
Müştərilərin zəng zamanı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirərək aidiyyəti üzrə yönləndirmək;
Görülən işlər üzrə hesabatların hazırlanması;
Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.
Tələblər:
İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
Müştəri ilə ünsiyyət qurma bacarığı;
Şifahi və yazılı formada fikirlərini ifadə etmək bacarığı;
Məsuliyyət, dəqiqlik və fəallıq;
Kompüter proqramları ilə işləmək bacarığı;
Azərbaycan dili – mükəmməl, rus dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə bilmək arzu olunandır;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Nəzakətlilik və peşəkar davranış;
Maliyyə sektorunda təcrübə üstünlükdür;
Yüksək öyrənmə və qavrama qabiliyyəti.
Müraciət qaydası:
CV-lərinizi göstərilən elektron poçt ([email protected]) ünvanına göndərin. Mövzu sətrində “Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi” vəzifəsini qeyd etməyi unutmayın.