Mühasib - VAKANSİYA

Mühasib - VAKANSİYA

SOSİUM
229

Fins.az - SorimaAz MMC vakansiya elan edir.


Vəzifə öhdəlikləri:

  • Vergi, DSMF və Statistika orqanlarına təqdim edilən hesabatların hazırlanmasına dəstək;

  • Vergi və digər dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının və prosedurlarının icra olunması

  • Müqavilələrin redaktə edilməsi və düzəldilməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi

  • Mühasibat sənədlərinin düzgün şəkildə saxlanılması və arxivləşdirilməsi;

  • Müəssisədə yerinə yetirilən təsərrüfat əməliyyatlarının 1C (8.3) mühasibat proqramına işlənməsi.

  • Kassa və bank əməliyyatlarının icrası;

  • İşgüzar yazışmaların aparılması

  • E-Qaimə fakturalarını vergi qanunvericiliyinə uyğun dəqiq işləmək bacarığı

  • Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək;

  • Debitor və kreditor əməliyyatlarının uçotunun aparılması;

  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq. Xərclərə nəzarət

  • Baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi.

  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;

  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;

Namizədə tələblər:

  • 1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə;

  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar;

  • Ali təhsilli (Maliyyə işi və mühasibatlıq)

  • Mühasib vəzifəsində 1-2 ilədək iş ştajı

  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti

  • Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı

  • Azərbaycan dilini səlis bilməli, Rus dili və İngilis dili arzuolunandır

  • Vergi Məcəlləsi, mühasibat uçotu və hesabatlıq üzrə biliklər;

Üstünlüklər:

  • ACCA üzrə ilkin biliklərin olması;

  • PMS sertifikatı olması üstünlükdür

  • İngilis və ya rus dili bilikləri;

  • Excel bilikləri

İş şəraiti

  • İş qrafiki: Tam ştat (6 gün-növbəli);

  • Əmək haqqı: 1000 Azn

  • Korporativ nömrə ilə təmin edilir.

  • İş yeri: Bakı, Əhməd Rəcəbli küç.

  • Komfortlu ofis şəraiti, mehriban komanda

Uyğun namizədlər CV-ni mövzu hissəsində “Mühasib” qeyd etməklə elektron ([email protected]) poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mühasib - VAKANSİYA — Fins.az — Fins.az