Mühasib - VAKANSİYA

Mühasib - VAKANSİYA

SOSİUM
535

Fins.az - Finam MMC Mühasib vəzifəsinə vakansiya elan edir.

İşin təsviri

Komandamıza Mühasib axtarırıq

Rəqəmlərlə işləməyi sevirsən, məsuliyyətlisən və real mühasibat təcrübəsi qazanmaq istəyirsənsə — səni komandamızda görmək istərdik!

İş şəraiti

  • İş yeri: Bakı, Lütfizadə Texnologiya Mərkəzi

  • İş qrafiki: 5 gün / 10:00 – 17:00

  • Əmək haqqı: 500 AZN (net) + bonuslar

  • Rəsmiləşmə: Rəsmi əmək müqaviləsi

Sənin əsas işlərin:

  • Elektron qaimə və alış aktlarının hazırlanması, daxil olan e-qaimələrin təhlili

  • Təchizatçı, vergi və digər ödənişlərin vaxtında edilməsi

  • DSMF, statistika və vergi hesabatlarının hazırlanması (aylıq, rüblük, illik)

  • Onlayn kargüzarlıqların gündəlik yoxlanılması və deadline-ların izlənməsi

  • Debitor və kreditor uçotunun aparılması, tələb olunması

  • ERP sistemində gündəlik mühasibat əməliyyatlarının icrası

  • Kassa mədaxil və məxaric sənədlərinin hazırlanması

  • Müqavilə, hesab-faktura və aktların tərtibi

  • Sənədlərin çapı və elektron arxivləşdirilməsi

  • Daxil olan müqavilələrin təhlili

  • İşçilərin qəbulu və kadr sənədlərinin tam rəsmiləşdirilməsi

  • Əmək müqavilələrinin bağlanması və xitam verilməsi

  • Əmək haqqının hesablanması və iş vaxtı tabelinin aparılması

  • Məzuniyyətlərin, analıq və sosial məzuniyyətlərin idarə olunması

  • Əmək haqqı kartlarının sifarişi və vaxtında yenilənməsi

  • İşçilərin İSB ilə sığortalanması və nəzarəti

Səndən gözləntilərimiz:

  • Minimum 6 ay müvafiq iş və ya təlim təcrübəsi

  • MS Office (xüsusilə Excel) biliyi

  • Diqqətli, məsuliyyətli və operativ olmaq

  • Fundamental mühasibat bilikləri

  • Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq

  • 1C biliyi arzuolunandır, məcburi deyil.

Biz nə təklif edirik?

  • Stabil və rahat iş mühiti

  • Real praktika və inkişaf imkanı

  • Özünü doğrultduğun halda maaş artımı və bonuslar

CV-lərinizi qeyd olunan elektron poçt ( [email protected] ) adresinə göndərə bilərsiniz. Başlıqda “Mühasib” qeyd edin zəhmət olmasa.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mühasib - VAKANSİYA — Fins.az — Fins.az