Mobiloqraf və sosial media mütəxəssisi - VAKANSİYA

Mobiloqraf və sosial media mütəxəssisi - VAKANSİYA

SOSİUM
268

Fins.az - Melissa Group vakansiya elan edir.


Vəzifə öhdəlikləri:

  • Tikinti sahələri və layihələr üzrə foto və video (mobil ilə) çəkilişlərin  həyata keçirilməsi

  • Reels, TikTok və digər qısa video kontentlərin hazırlanması və montajı

  • Sosial media platformaları üçün kontent planının hazırlanması və icrası

  • Layihələrin tikinti mərhələləri, mənzil tipləri və satış təklifləri üzrə vizual kontentin yaradılnması və təqdimatı

  • Sosial media səhifələrinin idarə olunması 

  • Trendlərin izlənilməsi və kontent strategiyasına tətbiqi

  • Marketinq və satış komandası ilə sıx əməkdaşlıq

  • Brend imicinə uyğun kommunikasiya tonunun qorunması

  • Tikinti sahəsi üzrə gündəlik story axınının formalaşdırılması və paylaşılması

  • Tikinti sahəsində operativ kontent istehsalının həyata keçirilməsi

  • Satış ofisi və müştəri ziyarət proseslərinin real vaxtda işıqlandırılması

  • Post, story və reel üçün satış yönümlü və brend tonallığına uyğun mətnlərin hazırlanması;

Tələblər

  • Mobilqrafiya və SMM sahəsində minimum 1 il iş təcrübəsi

  • Video çəkiliş və montaj bacarıqları (CapCut, VN, InShot və s.)

  • Sosial media idarəçiliyi və kontent planlama üzrə praktiki təcrübə

  • Açıq hava və sahə şəraitində aktiv işləmə bacarığı

  • Copywriting (caption yazmaq) bacarığı

  • Tikinti / daşınmaz əmlak sahəsində təcrübə üstünlükdür

  • Azərbaycan dili səlis, rus dili arzuolunandır

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi 

  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir

  • İş yeri: Bakı şəhəri, şirkətə məxsus tikintilərin biri. 

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Mobiloqraf və sosial media mütəxəssisi” qeyd edərək, elektron poçt ([email protected]) ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mobiloqraf və sosial media mütəxəssisi - VAKANSİYA — Fins.az — Fins.az