Metronun iş qrafiki necə olacaq?-AÇIQLAMA

Metronun iş qrafiki necə olacaq?-AÇIQLAMA

SOSİUM
691

Fins az xəbər veririr ki, metropoliten stansiyaları səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq

Metropolitenin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb

Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib. Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin diqqətinə çatdırır ki, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Metronun iş qrafiki necə olacaq?-AÇIQLAMA — Fins.az — Fins.az