Memar-dizayner - VAKANSIYA

Memar-dizayner - VAKANSIYA

SOSİUM
422

Fins.az - Capital Construction MMC vakansiya elan edir.


Vəzifə öhdəlikləri:

  • Dizayn layihələrinin konsepsiya mərhələsindən son tamamlanma mərhələsinə qədər (memarlıq/interyer/eksteryer) idarə edilməsi;

  • Sahələri ziyarət edilməsi, layihələr üzrə şərtlərin və məhdudiyyətlərin qiymətləndirilməsi;

  • Memarlıq ölçülərinin qəqiq hazırlanması;

  • Plan məlumatlarının düzgünlüyünə görə eskizlərin çəkilməsi və CAD fayllarına çevirilməsi;

  • Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrinin yaradılması;

  • Sahələrin mexaniki, elektrik və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarının (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlanması;

  • Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarının, materialların və avadanlıqların müəyyən edilməsi;

  • Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;

  • Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması;

  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə layihə qrafiklərinin izlənilməsi;

  • Layihəyə və ya konsepsiyaya əsaslanaraq müvafiq proqram vasitələri ilə visual görünüşlərin hazırlanması.

İş şəraiti: 

  • 5 günlük iş həftəsi (09:00 – 18:00);

  • Əmək haqqı 2000-2500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • Ali təhsil (Memarlıq və İnşaat, İncəsənət Universitetlərini bitirənlərə üstünlük verilir);

  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;

  • Memarlıq, sahə planlaması və interyer dizaynı sahələrində 3 illik peşəkar təcrübə;

  • Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;

  • AutoCAD, SketchUp, 3D Max, Illustrator, Revit, Corona, Photoshop, MS Office proqramlarından yüksək istifadə bacarığı;

  • Komandada işləmək bacarığı;

  • İşində məsuliyyətli, operativ və dəqiq olmaq;  

  • Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır (portfolio olmayan CV-lərə baxılmayacaq).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Memar-dizayner” qeyd edərək elektron poçt ([email protected]) ünvanına göndərilməsi xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Memar-dizayner - VAKANSIYA — Fins.az — Fins.az