Məlumat Mərkəzi Rəhbəri - VAKANSİYA

Məlumat Mərkəzi Rəhbəri - VAKANSİYA

SOSİUM
200

Fins.az - NBCO KredAqro vakansiya elan edir.

Vəzifə Öhdəlikləri  

  • Məlumat Mərkəzinin gündəlik fəaliyyətini təşkil etmək, koordinasiya etmək və effektiv idarə olunmasını təmin etmək; 

  • Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini, əlçatanlığını və fasiləsizliyini təmin etmək; 

  • Xidmət səviyyəsi (Service Level), cavablandırma sürəti (ASA), orta emal müddəti (AHT), ilk müraciətdə həll (FCR), müştəri məmnuniyyəti (CSAT) və digər əsas performans göstəricilərinin (KPI) icrasına nəzarət etmək; 

  • İşçi resurslarının planlaşdırılmasını, növbə qrafiklərinin optimallaşdırılmasını və resurslardan səmərəli istifadəni təmin etmək; 

  • Məlumat Mərkəzinin fəaliyyətinə dair dövri hesabatları hazırlamaq, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək; 

  • Müştəri müraciətləri və şikayətləri üzrə eskalasiya olunmuş halların operativ və effektiv həllini təmin etmək; 

  • Daxili prosedurların, normativ sənədlərin və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək; 

  • Əməliyyat risklərini müəyyən etmək, risklərin azaldılması və biznesin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər görmək; 

  • Komandanın fəaliyyətini idarə etmək, əməkdaşların inkişafı, motivasiyası və performansının qiymətləndirilməsini həyata keçirmək; 

  • Təlim və keyfiyyətə nəzarət funksiyalarının fəaliyyətinin koordinasiyasını təmin etmək; 

  • Müştəri təcrübəsinin yaxşılaşdırılması, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslər irəli sürmək və onların icrasına rəhbərlik etmək; 

  • Yeni texnologiyaların, Contact Center platformalarının və süni intellekt əsaslı həllərin tətbiqi üzrə layihələrdə iştirak etmək və onların həyata keçirilməsini təmin etmək; 

  • Bankın digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığı təşkil etmək, xidmət proseslərinin təkmilləşdirilməsi istiqamətində koordinasiyanı təmin etmək.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi, Maliyyə və ya digər uyğun ixtisaslar üzrə); 

  • Məlumat Mərkəzi (Contact Center), müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 5 il, o cümlədən rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi; 

  • Məlumat Mərkəzinin əməliyyatlarının idarə olunması, müştəri xidməti, performansın idarə edilməsi, işçi resurslarının planlaşdırılması (Workforce Management), keyfiyyətə nəzarət, əməliyyat risklərinin idarə edilməsi və proseslərin optimallaşdırılması sahəsində bilik və təcrübə;

  • Contact Center platformaları, CRM sistemləri, Microsoft Office proqramları (xüsusilə Excel və PowerPoint) və hesabatlılıq alətləri ilə işləmək bacarığı; 

  • Analitik düşünmə, strateji planlaşdırma, qərarvermə, liderlik, komandanın idarə olunması, effektiv ünsiyyət və təqdimat bacarıqları;

Dil bilikləri

  • Azərbaycan dili - əla

  • Rus dili - əla

Maraqlanan namizədlər öz CV-lərini elektron ([email protected]) poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Məlumat Mərkəzi Rəhbəri - VAKANSİYA — Fins.az — Fins.az