Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi - VAKANSİYA

Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi - VAKANSİYA

SOSİUM
344

Fins.az - Kollekta MMC vakansiya elan edir.

Vəzifə öhdəlikləri: 

  • Fiziki şəxslər üzrə problemli kreditlərlə bağlı məhkəməyəqədər mərhələdə iş aparır, borclular və zaminlərlə əlaqə saxlayır, yazışmalar və ünvan səfərləri həyata keçirir, əmlak və gəlirlər barədə müvafiq orqanlara sorğular göndərir.

  • Məhkəməyəqədər tədbirlər nəticə vermədikdə, işi müəyyən edilmiş müddətdə məhkəməyə təqdim olunması üçün aidiyyəti üzrə yönləndirir.

  • İcra mərhələsində icra sənədlərinin vaxtında və düzgün icrasını təmin etmək məqsədilə icra məmurları ilə əməkdaşlıq edir, müraciət və vəsatətlər hazırlayır, ünvan səfərlərində iştirak edir.

  • Borclunun əmlak və gəlirlərinin aşkar edilməsi, tutmanın yönəldilməsi, əmlakın qiymətləndirilməsi və hərrac prosesində təşkilatı təmsil edir.

  • Məhkəmə prosesindən icra mərhələsinədək müştəri və zaminlərlə mütəmadi əlaqə saxlayır, sənədləşmə və rəsmi yazışmaları aparır.

  • Görülmüş işlərin proqram üzrə qeydiyyatını aparır, borcların cari statusu və nəticələr barədə mütəmadi hesabat təqdim edir.

Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);

  • Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;

  • Sürücülük vəsiqəsi;

  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;

  • İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: 2000 AZN + (ƏH+bonus birlikdə)

  • İş yeri: Bakı, Nərimanov rayonu.

  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda

  • 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00

CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi” başlığı altında qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi - VAKANSİYA — Fins.az — Fins.az