“McDonald’s” Rusiyada 850 restoranın bağlanmasının ona neçəyə başa gəldiyini - AÇIQLADI

“McDonald’s” Rusiyada 850 restoranın bağlanmasının ona neçəyə başa gəldiyini - AÇIQLADI

SOSİUM
1,521

“McDonald’s” restoranlar şəbəkəsi Rusiyada 850 müəssisənin bağlanmasının ona ayda təxminən 50 milyon dollara başa gəldiyini açıqlayıb.

Fins.az Banker.az-a istinadən xəbər verir ki,  “Bu, bizim kimi qlobal korporasiya üçün həqiqətən mürəkkəb və çaşqın bir vəziyyətdir”, – deyə şirkətin maliyyə direktoru Kevin Ozan söyləyib. O vurğulayıb ki, “McDonald’s” Rusiyadakı işçilərinə maaş verməyə davam edəcək.

Xatırladaq ki, martın 8-i baş direktor Kris Kempçinski Rusiyada 850 müəssisənin müvəqqəti bağlandığını elan etmişdi. Qərar Ukraynada hərbi əməliyyatla əlaqədar qəbul edilmişdi. Şirkət restoranlarının nə qədər müddətə bağlandığını açıqlamır.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“McDonald’s” Rusiyada 850 restoranın bağlanmasının ona neçəyə başa gəldiyini - AÇIQLADI — Fins.az — Fins.az