Maliyyə Menecmenti İdarəsinin Maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin baş mütəxəssisi - VAKANSİYA

Maliyyə Menecmenti İdarəsinin Maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin baş mütəxəssisi - VAKANSİYA

SOSİUM
374

Fins.az - Xalq Bank vakansiya elan edir.

Təsvir

  • Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;

  • Bank məhsul və xidmətləri üzrə maya dəyərinin hesablanması və analitik təhlili;

  • Bankın müştəriləri və məhsulları üzrə rentabelliyin ölçülməsi;

  • Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili;

  • Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi;

  • Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması;

  • Gəlirlərin artırılması və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək.

Tələblər

  • Maliyyə və İqtisadiyyat (və ya uyğun sahələr üzrə) üzrə magistr təhsili;

  • Maliyyə sektorunda (Maliyyə, Risklərin İdarə Olunması və ya Xəzinədarlıq üzrə) minimum iki il təcrübə;

  • Beynəlxalq Sertifikatlara (xüsusilə CFA və ya FRM) sahib olunması xüsusi üstünlükdür;

  • Ofis proqramları üzrə yüksək səviyyədə işləmək bacarığı (xüsusilə MS Excel);

  • Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;

  • Kommunikasiya qabiliyyətinin yüksək olması;

  • Komanda ilə işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

 Müraciət et: https://jobs.glorri.az/vacancies/xalqbank/xalqbank-maliyye-menecmenti-idaresinin-maliyye-tehlili-ve-idareedici-hesabatliliq-so-51670?source=JobSearch

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Menecmenti İdarəsinin Maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin baş mütəxəssisi - VAKANSİYA — Fins.az — Fins.az