Maliyyə meneceri - VAKANSİYA
Fins.az - Samzar Logistik "Maliyyə meneceri" vəzifəsinə vakansiya elan edir.
İş şəraiti
Şirkət: Logistika şirkəti – Logistika və Daşımalar üzrə ixtisaslaşmış şirkət
İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi
İş rejimi: Tam iş günü, 5 günlük iş qrafiki, Saat: 11:00-19:00
Əmək haqqı: 1500+ azn
Funksional vəzifələri:
Mühasibat uçotunun düzgün və səmərəli təşkili, bu əsasda lazımi bütün sənədlərin tərtib edilməsi
Vergi, habelə digər orqanlara təqdim olunan hesabatların düzgün və vaxtında tərtib edilərək təhvil verilməsi
Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə aparılmasına nəzarət etməli
Maliyyə nəticələrinin uçotunu vaxtında və düzgün aparılmasına diqqət yetirməli
Qanunvericiliyə əsaslanaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu tərtib etməlməsinə nəzərət
Mühasibatlıq sahəsinə aid olan sənədlərin saxlanılması üçün diqqət yetirməli və s.
Namizəddən tələblər:
Ali təhsilli (Maliyyə işi və mühasibatlıq)
PMS sertifikatı
Mühasib vəzifəsində 5 ilədək iş ştajı
Kompüter bilikləri: 1C, ERP, MS Office
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı
Azərbaycan dilini səlis bilməli, inglis dilində yazışma bacarığı
Yaş: 30 –45
Məsuliyyəti:
Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Daxili və xarici işgüzar yazışmaların aparılması
Əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək;
İşəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.
Təklif edirik:
Rəsmi əmək müqaviləsi
Peşəkar və dinamik kollektivdə işləmək imkanı
Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanları
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə meneceri” qeyd etməklə qeyd olunan elektron ([email protected]) ünvanına göndərə bilərlər.