
IT Layihə Koordinatoru - VAKANSİYA
Fins.az - İnnovativ Layihələr Mərkəzi vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
IT layihələrinin icrasında İT Layihə Rəhbərinə operativ dəstək göstərmək;
Layihə iştirakçıları (İT mütəxəssisləri, podratçılar, təchizatçılar) arasında effektiv əlaqəni təmin etmək;
Layihə üzrə texniki və inzibati sənədlərin (texniki tapşırıq, aktlar, hesabatlar və s.) hazırlanması və dövriyyəsinin aparılması;
Layihə sənədlərinin məxfilik tələblərinə riayət olunmasını təmin etmək;
Layihə üzrə görüşlərin təşkili, görüş protokollarının hazırlanması;
Layihə üzrə texniki və inzibati sənədlərin hazırlanması və izlənilməsi;
Tapşırıqların icra vəziyyətini izləmək, gecikmələr və risklər barədə rəhbərliyi məlumatlandırmaq;
Layihə üzrə hesabatların hazırlanmasında iştirak etmək;
Avadanlıq və proqram təminatı üzrə quraşdırma və s. işlərdə koordinasiyasının təşkili;
Layihə Menecerinin tapşırıqlarına uyğun olaraq digər əlaqəli funksiyaları yerinə yetirmək;
Layihə üzrə iş qrafiklərinin, tapşırıqların və mərhələlərin koordinasiyasını aparmaq.
Tələblər:
Mükəmməl səviyyədə Excel biliyi;
Başlanğıc səviyyədə AutoCAD biliyi;
Təcrübə: IT sahəsində 2il iş təcrübəsi;
Dil biliyi: İngilis dili və Rus dili biliyi;
İş şəraiti
Əmək haqqı: 1500 AZN +
Qrafik: Saat 09:00-18:00 olmaqla, 5günlük iş qrafiki.
Şirkət tərəfindən ödənişsiz nahar təminatı və Tibbi sığorta.
Maraqlanan şəxslər CV- lərini mövzu hissəsində vakansiya adını qeyd etməklə, pdf şəklində elektron ([email protected]) poçt ünvanına göndərə bilər.