Kür çayında qanunsuz balıq ovu aşkarlanıb

Kür çayında qanunsuz balıq ovu aşkarlanıb

SOSİUM
208

Kür çayının sol sahilində, Şəmkir rayonunun ərazisindən keçən hissəsində elektrik cərəyanı artırıcı avadanlıqdan (tok aparatından) istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanıb.

Fins.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndi sakinləri olan üç şəxs Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Aparılan tədbirlər zamanı müəyyən edilib ki, həmin şəxslər qanunsuz olaraq 90 ədəd daban balığı, 1 ədəd çəki balığı və 52 ədəd sıf balığını ovlayıblar.

Qanunsuz ov nəticəsində təbiətə dəymiz ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə təqdim edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kür çayında qanunsuz balıq ovu aşkarlanıb — Fins.az — Fins.az