Korporativ satış üzrə mütəxəssis (İT üzrə korporativ satış) - VAKANSİYA

Korporativ satış üzrə mütəxəssis (İT üzrə korporativ satış) - VAKANSİYA

SOSİUM
339

Fins.az - AzRT MMC vakansiya elan edir.


Vəzifə öhdəlikləri:

  • Şirkətin satış strategiyasına uyğun olaraq  korporativ müştərilərə İT məhsul və xidmətlərinin satışını həyata keçirmək.

  • Satış prosesinin bütün mərhələlərini – ehtiyacların müəyyənləşdirilməsi, təklifin hazırlanması, təqdimat, danışıqlar və müqavilə bağlanması – effektiv şəkildə idarə etmək.

  • Müştərilərlə davamlı biznes əlaqələri qurmaq, əlaqələri gücləndirmək və uzunmüddətli əməkdaşlığı təmin etmək.

  • Şirkətin strateji hədəflərinə uyğun olaraq yeni müştərilərin cəlb edilməsi və onların uzunmüddətli müştəri bazasına çevrilməsi istiqamətində fəaliyyət göstərmək.

  • İT avadanlıqları üzrə texniki və kommersiya təkliflərini hazırlamaq.

  • Gəlir planlarının, satış hədəflərinin  yerinə yetirilməsini təmin etmək.

  • Satış məlumatlarını təhlil etmək, bazar və rəqib analizlərini aparmaq, satış strategiyalarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

  • Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

Namizəddən tələblər:

  • Ali təhsil.

  • İT satış sahəsində azı 2 illik iş təcrübəsi.

  • Microsoft Office proqramları (Word, Excel, Outlook və s.) ilə işləmə bacarığı.

  • Azərbaycan və rus dillərində sərbəst danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır).

  • Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı.

  • Analitik düşüncə tərzi, yüksək ünsiyyət və təqdimat bacarığı.

  • Dövlət qurumları və şirkətlər ilə korporativ satış istiqamətində əməkdaşlıq prinsipləri və tərəfdaşlıq əlaqələrinin qurulması qaydaları.

  • Korporativ yazışma standartları, biznes ünsiyyət etikası və peşəkar etiket qaydaları.

  • Konfidensial və kommersiya xarakterli məlumatların qorunması və məxfilik siyasəti prinsipləri.

  • Dövlət orqanları və üçüncü tərəf təşkilatlarında şirkətin təmsilçilik prinsipləri və qarşılıqlı fəaliyyət qaydaları.

  • Rəhbərliyin tapşırıqlarının və göstərişlərinin icrasına nəzarət mexanizmləri.

İş şəraiti:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.

  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri)

  • Vakansiya növü: Tam ştat

  • İş yeri: AzRT MMC - AzTEX Plaza, Əhməd Rəcəbli 31/5, Bakı

  • Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.

  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq əməkhaqqı + KPI bonus

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ satış üzrə mütəxəssis” yazaraq göstərilən e-mail ([email protected]) ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Korporativ satış üzrə mütəxəssis (İT üzrə korporativ satış) - VAKANSİYA — Fins.az — Fins.az