
"Koroğlu"dan Lökbatana alternativ marşrutlar mümkün olacaq - Vüsal Qasımlı
Bakı Dairəvi yolu Ziya Bünyadov prospekti ilə əlaqələndiriləcək.
Fins.az-ın məlumatına görə, bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
O qeyd edib ki, Lökbatan ərazisində “Binə” və “Sədərək” kimi iri ticarət mərkəzləri yerləşir. Eyni zamanda metronun “Koroğlu” stansiyası ətrafında da sıx yaşayış məntəqələri mövcuddur.
Vüsal Qasımlının sözlərinə görə, yeni yol bağlantıları nəticəsində “Koroğlu”dan Lökbatana şəhər mərkəzinə daxil olmadan alternativ marşrutlarla hərəkət etmək mümkün olacaq. Bu isə paytaxtın mərkəzində nəqliyyat sıxlığının azalmasına şərait yaradacaq.