
Kolorit Restoranlar Şəbəkəsində SMM Mütəxəssisi vakansiyası
Vakansiya: SMM Mütəxəssisi
Kolorit restoranlar şəbəkəsi kreativ və nəticəyönümlü xanım SMM Mütəxəssisi axtarır.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi–Şənbə, 12:00–20:00;
- Əmək haqqı: 800–1000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq);
- İş yeri: Nizami küçəsi 93A.
Vəzifə öhdəlikləri:
- Reels, TikTok və digər qısa formatlı videoların çəkilişi və montajı;
- Sosial media platformaları üçün kreativ kontent planının hazırlanması və idarə olunması;
- Filialların gündəlik stori və kontent axınının koordinasiyası;
- Trendlərin, viral formatların və yeni media yanaşmalarının izlənilməsi və tətbiqi;
- Kontentin nəticələrinin təhlil edilməsi və inkişaf təkliflərinin hazırlanması;
- Komanda və filiallarla effektiv əməkdaşlığın qurulması.
Namizədə tələblər:
- SMM və ya mobiloqrafiya sahəsində minimum 1 il iş təcrübəsi;
- Video çəkilişi və montaj bacarıqları;
- Instagram və TikTok platformalarında kontent idarəçiliyi üzrə praktiki təcrübə;
- Kreativ düşüncə və estetik baxış;
- Planlı işləmək, araşdırma aparmaq və ideyaları effektiv şəkildə təqdim etmək bacarığı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində "SMM Mütəxəssisi" qeyd etməyiniz xahiş olunur.
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
