
İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma marşrutlarının fəaliyyəti açıqlanıb
Fins.az - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib ki, sərnişindaşıma məqsədilə işğaldan azad edilmiş ərazilərə 19 marşrut xətti təşkil olunub. Onlardan 4 marşrut ziyarət xarakterli səfərləri, 15 marşrut isə şəhərlərarası və rayonlararası sərnişindaşımanı həyata keçirir.
Bu marşrutlar fəaliyyətə başladığı dövrdən etibarən təxminən 145,3 min sərnişini daşımışdır. Həmçinin, “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) vasitəsilə 3,2 milyondan çox vətəndaş işğaldan azad edilmiş ərazilərə səfər etmək üçün müraciət edib.