İnspektor - VAKANSİYA

İnspektor - VAKANSİYA

SOSİUM
234

Fins.az - Azersun Holding vakansiya elan edir.

Tələblər:  

  • Ali təhsil (Mexanika, Kimya və ya Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə).

  • Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 3 il iş təcrübəsi.

  • MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.

  • Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.

  • Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri üstünlükdür)    

Vəzifə öhdəlikləri

  • İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək.

  • Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.

  • İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək.

  • Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.

  • Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.

  • İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.

  • Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq.

  • Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq.

  • Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək

İş şəraiti

  • İş Qrafiki: Növbəli

  • İş yeri: Sumqayıt şəhərində yerləşən İstehsalat müəssisələri

  • Nəqliyyat dəstəyi mövcuddur

  • Nahar şirkət tərəfindən təmin olunur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçt ([email protected]) ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor - Sumqayıt” qeyd etməyiniz xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnspektor - VAKANSİYA — Fins.az — Fins.az