İnşaat mühəndisi - VAKANSİYA

İnşaat mühəndisi - VAKANSİYA

SOSİUM
195

Fins.az - Cronos Construction vakansiya elan edir.

İş yeri - Regionlar

Vəzifə öhdəlikləri 

  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; 

  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; 

  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; 

  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; 

  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; 

  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması

  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;

  • Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; 

  • Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); 

  • Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir. 

  • Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; 

  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət; 

  • Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi; 

Tələb olunan bilik və  bacarıqlar 

  • Müvafiq sahədə ali təhsil

  • 5 ildən çox müvafiq sahədə iş təcrübəsi

  • Kompüter bilikləri (Microsoft Office proqramları); 

  • Əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad, Archcad, 3DMAX) 

  • Azərbaycan dili səlis, rus və ingilis dili bilməsi üstünlükdür; 

  • Analitik düşüncə bacarığı; 

  • Ünsiyyət və komandada işləmək bacarıqları; 

  • Məsuliyyətli olmalı; 

  • Təşkilatçılıq bacarıqlarına sahib olmalı; 

  • Dəqiqlik; 

  • Detallara diqqət yetirməyi bacarmalı

İş şəraiti

  • Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

  • İş rejimi: 6 günlük, bazar günü istirahət günüdür.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV- lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnşaat mühəndisi - VAKANSİYA — Fins.az — Fins.az