Bu il əhalinin nominal gəlirləri 5,6% artıb

Bu il əhalinin nominal gəlirləri 5,6% artıb

SOSİUM
405

2026-cı ilin yanvar-fevral aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 12 573,8 milyon manat səviyyəsinə çatıb.

Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı yanvar-fevral makroiqtisadi göstəricilərində yer alıb.

Məlumata görə, bu dövrdə əhalinin hər nəfərə orta hesabla aylıq gəliri 612,5 manat təşkil edib.

Bildirilib ki, əhalinin sərəncamında qalan gəlirlər 10 910,7 milyon manat təşkil edib ki, bu da sərf olunan xərclər çıxıldıqdan sonra qalan real resursları əks etdirir.

Qeyd olunub ki, bu göstəricilər ölkədə əhalinin iqtisadi vəziyyətinin, sosial rifah səviyyəsinin və gəlirlərin paylanmasının izlənməsi üçün əsas statistik məlumatları təmin edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il əhalinin nominal gəlirləri 5,6% artıb — Fins.az — Fins.az