
Hüquqşünas - VAKANSIYA
Fins.az - Azərbaycan Kredit Bürosu vakansiya elan edir.
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
Müqavilə layihələrinin hazırlanması, hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin verilməsi;
Struktur bölmələrinin fəaliyyətində qanunvericiliyə riayət olunmasının monitorinqi, hüquqi risklərin və pozuntuların müəyyən edilməsi, müvafiq təkliflərin hazırlanması;
İT, məlumatların mühafizəsi, informasiya təhlükəsizliyi və rəqəmsal xidmətlərlə bağlı hüquqi məsələlər üzrə hüquqi rəy və tövsiyələrin hazırlanması;
Əmr, təlimat, əsasnamə, standart və digər normativ xarakterli sənədlərin hüquqi ekspertizasının aparılması və hazırlanmasında iştirak;
Şirkətin hüquq və qanuni maraqlarının məhkəmələrdə, dövlət orqanlarında və digər təşkilatlar qarşısında təmsil və müdafiə olunması;
Hüquqi məsələlər üzrə rəhbərliyə və struktur bölmələrə məsləhət və tövsiyələrin verilməsi.
Tələb olunan səriştələr və bacarıqlar:
Korporativ hüquq və informasiya texnologiyaları sahəsində qüvvədə olan qanunvericiliyi bilmək, bu sahələrdə baş verən hüquqi yenilikləri izləmək və tətbiq etmək bacarığı;
Mürəkkəb hüquqi məsələlər üzrə hüquqi rəy vermək;
Məhkəmə və digər dövlət orqanlarında işləri müstəqil şəkildə aparmaq;
Müqavilələrin və digər hüquqi sənədlərin ekspertizasını həyata keçirmək;
Hüquqi riskləri müəyyən etmək və onların idarə olunması üzrə təkliflər vermək;
Güclü analitik və sistemli düşünmə qabiliyyəti;
Aydın şifahi və yazılı ünsiyyət bacarığı;
Komandada işləmək və effektiv əməkdaşlıq bacarığı;
Liderlik və komandanın fəaliyyətini koordinasiya etmək bacarığı;
Detallara diqqət və yüksək dəqiqlik;
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Vəzifəyə olan tələblər:
Hüquq ixtisası üzrə ali təhsil;
Azərbaycan dilini səlis, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
Müvafiq sahədə iş təcrübəsi, minimum 2 il;
Əlavə peşəkar təhsil və sertifikatların olması üstünlükdür.
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Hüquqşünas” qeyd etməklə elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.