
HR üzrə ERP Sistemləri Mütəxəssisi - VAKANSİYA
Fins.az - Avant Construction vakansiya elan edir.
Vəzifənin məqsədi:
Şirkətdə tətbiq olunan ERP platforması üzərində HR modulunun funksional idarə olunması, proseslərin optimallaşdırılması və məlumat keyfiyyətinin təmin edilməsi.
Əsas vəzifələr:
ERP sisteminin HR modulu üzrə struktur və parametrlərin qurulması və idarə olunması
Təşkilati struktur, ştat vahidləri və əməkdaş məlumatlarının ERP üzərindən düzgün idarə olunması
Kadr hərəkətləri, məzuniyyət, davamiyyət və digər HR əməliyyatlarının ERP üzərindən icrasına nəzarət
ERP sistemində HR proses axınlarının (workflow) optimallaşdırılması
Yeni funksionallıqların konfiqurasiyası və test mərhələsində iştirak (UAT)
ERP sistemindən analitik və idarəetmə hesabatlarının hazırlanması
Data düzgünlüyünün monitorinqi və sistem uyğunsuzluqlarının aradan qaldırılması
HR və İT komandası ilə birlikdə sistem təkmilləşdirmə layihələrində iştirak
Tələblər:
Ali təhsil (İT, İnformasiya sistemləri, HR, Maliyyə və ya əlaqəli sahə)
ERP sistemləri ilə minimum 2–3 il iş təcrübəsi
ERP platformasında HR modulu üzrə praktiki iş təcrübəsi
ERP sistemində proses axınları (workflow) və konfiqurasiya məntiqi barədə bilik
Sistem üzərindən hesabatların hazırlanması və data analizi bacarığı
Excel proqramında yüksək səviyyə (pivot, mürəkkəb formullar və s.)
Analitik düşüncə və detallara diqqət
Komanda ilə işləmə və funksional kommunikasiya bacarığı
Üstünlük hesab olunur:
ERP tətbiqi, miqrasiya və ya optimallaşdırma layihələrində iştirak
HR data modeli və məlumat bazası strukturu barədə anlayış
Sorğu (query) məntiqi və ya SQL bilikləri
UAT və sistem test proseslərində iştirak təcrübəsi
Əlavə məlumat:
İş qrafiki: 5/2, 09:30-18:30 ;
Nahar şirkət tərəfindən təmin edilir
Əmək Haqqı: 1000 -1500AZN
İş yeri-Çıraq plaza
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “HR üzrə ERP mütəxəssisi” yazaraq göstərilən mail ([email protected]) ünvanına göndərə bilərlər.