Havanın temperaturu enəcək

Havanın temperaturu enəcək

SOSİUM
630

Fins.az - Milli Hidrometeorologiya Xidməti fevralın 26-da bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Sarı xəbərdarlığa əsasən, Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad bölgələrində şimal-şərq küləyi əsəcək, sürəti isə 13.9–20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa uyğun olaraq isə Daşkəsən, Goranboy və Mingəçevirdə şimal-şərq küləyi 20.8–28.4 m/san sürətinə çatacaq. Əhali və sürücülərdən diqqətli olmaları, açıq havada və nəqliyyat vasitələrində təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Havanın temperaturu enəcək — Fins.az — Fins.az