Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

SOSİUM
2,146

Bakı və Abşeron yarımadasında avqustun 6-dan 9-u gündüzədək şimal-qərb küləyi 15-18 m/s, 6-7-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Avqustun 6-8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ — Fins.az — Fins.az