
Gömrük bəyannamələrinin tərtibi üzrə mütəxəssis - VAKANSİYA
Fins.az - Bakı Karton və Qutu Fabriki MMC mütəxəssis axtarışındadır.
Namizədə tələblər:
Bəy namizədlər
Yaş 25-45
İxtisas Attestatlı gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis olmalı(İxtissas Attestatının nömrəsi CV-də göstərilməklə),
Gömrük qanunvericiliyi üzrə biliklərə sahib olması,
Microsoft Office proqramlarından Excel və Word-də sərbəst işləmək bacarığı,
Ən azı bir xarici dil(rus və ya ingilis) biliyi,
Ümumi dünyagörüşü (ölkədə baş verən iqtisadi və sosial proseslərdən xəbərdar olması arzuolunandır),
Sifarişçilərə aid kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli,
Gömrük bəyannamələrinin tərtibi üzrə ən azı 6 ay iş təcrübəsi,
Bəyan ediləsi mallarla bağlı XİF ƏN kodlarınının müəyyən edilməsi üçün araşdırma apara bilməsi,
Vəzifə öhdəlikləri:
Qısa idxal (QİB) və gömrük bəyannamələrinin (GB) tərtib edilməsi (idxal, ixrac, müvəqqəti idxal, müvəqqəti ixrac, daxildə və xaricdə emal vəs.),
Təqdim olunan sənədlər əsasında CMR, invoys və digər mal-müşaiyət sənədlərinin hazırlanması,
Dəqiqlik, diqqət və sənədlərlə düzgün işləmə bacarığı,
Ünsiyyətcil, işgüzar, çevik və kollektivdə işləmək qabiliyyətinin olması,
Rəhbərliyin tapşırıqlarını vaxdında və dəqiq icra etmək,
Hesabatlılıq,
Müəssisənin təlimat, qayda, intizam və kodekslərinə riayyət etmək.
Qeyd: Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.