
Filial müdiri (Xaçmaz filialı) - VAKANSİYA
Fins.az - Express Bank Filial müdiri (Xaçmaz filialı) vəzifəsinə vakansiya elan edir.
Təsvir
Filialın fəaliyyətinə ümumi rəhbərlik edilməsi, işçilər arasında vəzifə təlimatlarına uyğun formada iş bölgüsünün aparılması;
Filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət;
Əmanətlərin qəbul edilməsinin təşkili və bunlara dair müqavilələrin bağlanmasının təmin edilməsi;
Təsdiq olunmuş büdcə çərçivəsində pul vəsaitlərin cəlb olunması (depozit yatırımları, müştəriyə məxsus hesablarda qalıqlar) və yerləşdirilməsinə yönəlmiş effektiv işin təşkili;
Filialın əsasnaməsi ilə müəyyən edilmiş filialın fəaliyyət növləri üzrə iş prosesinin, müştərilərlə münasibətlərin qurulmasının bankın daxili qaydalarına uyğun təşkil olunması;
Filial əməkdaşlarının gündəlik işlərinə inzibati (davamiyyət, geyim qaydası, davranış) nəzarətin həyata keçirilməsi;
Filial müştərilərinin zamanında xidmət olunmasına, filial işçilərinin bankdaxili prosedurlar, qayda və vəzifə təlimatlarında əməl etmələrinə nəzarət;
Müştəri məmnunluğunun artırılması, filial daxilində müştəri etirazlarının idarə edilməsi prosesində iştirak edilməsi;
Təsdiq olunmuş limitlər və səlahiyyətlər çərçivəsində kreditin verilməsi barədə qərarın qəbul edilməsi;
Korporativ müştərilərin cəlb edilməsi.
Tələblər
Ali təhsil (İqtisadi və ya hüquq sahəsi üzrə ixtisas);
Bank sahəsində ən azı 8 il iş təcrübəsi;
Bankçılıq, satış və ya əlaqəli sahələrdə rəhbər vəzifədə iş təcrübəsi;
Özünü təqdim etmə və ünsiyyət bacarığı;
İdarəetmə və liderlik bacarıqları;
Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
Məsuliyyətlilik və dəqiqlik ;
Təhlil və qərarvermə bacarıqları.
Vakansiya haqqında
Vakansiya növü Tam ştat
Təcrübə 5-8 il
Vəzifə dərəcəsi Rəhbər
Təhsil Bakalavr
İmtiyazlar
Tibbi sığorta paketi;
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Professional və maddi inkişaf perspektivləri;
Peşəkar korporativ mühitdə işləmək imkanı;
Həyat Yığım sığortasından istifadə etmək imkanı;
Müraciət et: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-5611966b-8aad-450f-95b0-8752434c4997-57063?source=JobSearch