Energetika Nazirliyi 2026-cı ilin İlk 5 Ayında 108 İcazə Verib

Energetika Nazirliyi 2026-cı ilin İlk 5 Ayında 108 İcazə Verib

SOSİUM
167

Fins.az - 2026-cı ilin yanvar-may ayları ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 108 icazə verilib. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 91, ixracı üzrə 8, tranziti üzrə 6 icazə verilib.

Hesabat dövrü ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1, su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı ilə bağlı 2 icazə verilib.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Energetika Nazirliyi 2026-cı ilin İlk 5 Ayında 108 İcazə Verib — Fins.az — Fins.az