Əməliyyat riskləri üzrə aparıcı mütəxəssis / baş mütəxəssis - VAKANSİYA

Əməliyyat riskləri üzrə aparıcı mütəxəssis / baş mütəxəssis - VAKANSİYA

SOSİUM
256

Fins.az - TuranBank ASC elan edir.

Əsas Vəzifələr:

  • Bank üzrə əməliyyat risklərinin idarə olunması sahəsində məlumatların toplanmasını, təhlilini və qiymətləndirilməsini həyata keçirir, nəticələri və tövsiyələri şöbə müdirinə təqdim edir;

  • Risk və Nəzarətin Özünüqiymətləndirməsi (RNÖ) prosesinin təşkilini və icrasını təmin edir, proses sahibləri ilə birlikdə risklərin və nəzarət mexanizmlərinin müəyyən edilməsini həyata keçirir;

  • Biznes proseslərinin xəritələrinin (Process Mapping) hazırlanmasını və yenilənməsini koordinasiya edir, proseslərdə mövcud riskləri və nəzarət boşluqlarını müəyyən edir;

  • Biznes proseslərinin yerində müşahidəsini həyata keçirir, proses sahibləri ilə görüşlər keçirərək risk və nəzarət mühitini qiymətləndirir;

  • RNÖ nəticələri üzrə müəyyən edilmiş risklərin, tədbirlər planlarının və düzəldici fəaliyyətlərin icrasına nəzarət edir, aidiyyəti struktur bölmələri ilə koordinasiyanı təmin edir;

  • Əməliyyat risk hadisələrinin (Operational Risk Events) qeydiyyatını, təhlilini və kök səbəb analizini həyata keçirir, təkrarlanma riskinin azaldılması məqsədilə təkliflər hazırlayır;

  • Bank üzrə əməliyyat itkiləri məlumat bazasının formalaşdırılmasında iştirak edir, itki hadisələrinin monitorinqini və hesabatlılığını təmin edir;

  • Yeni məhsul, xidmət, proses və sistemlərin tətbiqi zamanı risk qiymətləndirilməsini həyata keçirir, rəy və tövsiyələr təqdim edir;

  • Daxili normativ sənədlərin, prosedurların və metodologiyaların əməliyyat riskləri baxımından nəzərdən keçirilməsində iştirak edir;

  • Əsas Risk Göstəricilərinin (KRI – Key Risk Indicators) hazırlanmasında iştirak edir, monitorinqini həyata keçirir və limit aşmalarını təhlil edir;

  • Risklərin idarə edilməsi üzrə hesabatların hazırlanmasını, aylıq, rüblük, yarımillik və illik risk göstəricilərinin toplanmasını, emalını və təqdim edilməsini təmin edir;

  • Ekoloji, sosial və idarəetmə (ESG) riskləri, xüsusilə ekoloji risklərin idarə olunması sahəsində məlumatlı olur və aidiyyəti qiymətləndirmələrdə iştirak edir;

  • Rəhbərlik tərəfindən verilən və vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirir.

Tələblər:

  • İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, riyaziyyat və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi;

  • Risklərin idarə olunması, daxili nəzarət və ya daxili audit sahəsində minimum 1 il, əməliyyat fəaliyyəti  sahəsində minimum 3 il iş təcrübəsi; 

  • RNÖ, KRI, əməliyyat risk hadisələri, proses xəritələri və nəzarət mexanizmləri üzrə anlayışlara malik olmaq;

  • Analitik düşünmə, riskyönümlü yanaşma, məlumatların təhlili, hesabatların hazırlanması və təqdimatı bacarığı;

  • Yüksək məsuliyyətlilik, detallara diqqət, problem həll etmə, təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı ;

  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı;

  • FRM, ORM və ya digər peşəkar sertifikatların olması üstünlükdür;

  • İngilis və rus dillərini bilmək  üstünlükdür;

https://hr.turanbank.az/home linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əməliyyat riskləri üzrə aparıcı mütəxəssis / baş mütəxəssis - VAKANSİYA — Fins.az — Fins.az