
Əməkhaqqı üzrə mütəxəssis - VAKANSİYA
Fins.az - Yalama Agropark MMC "Əməkhaqqı üzrə mütəxəssis" vəzifəsinə vakansiya elan edir.
Təsvir
Bonus, mükafat, əlavə iş saatı, gecə saatı və bayram günləri üzrə ödənişlərin hesablanması;
Məzuniyyət (əmək, ödənişsiz, analıq və s.), ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması;
Son haqq-hesabın (işdən çıxma zamanı) düzgün aparılması;
Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaların düzgün hesablanması;
Müvafiq dövlət orqanlarına aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi;
İcra sənədləri (aliment, kredit və s.) üzrə tutulmaların aparılması;
İş vaxtının uçotu tabelinin yoxlanılması və əməkhaqqına inteqrasiyası;
Ştat cədvəli və əmək haqqı fondunun nəzarətdə saxlanılması;
Audit sorğularına və daxili yoxlamalara operativ məlumat təqdim edilməsi;
Məxfi məumatların qorunmasının təmin edilməsi;
HR və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi;
Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması.
Tələblər
Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə);
Payroll və ya mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək qanunvericiliyini yaxşı bilmək və Vergi Məcəlləsi üzrə nəzəri biliklər;
MS Excel (xüsusilə formulalar) üzrə yaxşı biliklər;
SAP HR proqramında sərbəst işləmə bacarığı;
Analitik düşünmə, detallara diqqət;
Məsuliyyətli, məxfi məlumatlarla işləmək bacarığı;
Komandada işləmə bacarığı.
Vakansiya haqqında
Vakansiya növü Tam ştat
Təcrübə 5-8 il
Vəzifə dərəcəsi Mütəxəssis
Təhsil Bakalavr
İmtiyazlar
Könüllü tibbi sığorta
Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
Nahar təminatı
Nəqliyyat servisi
Müraciət et: https://jobs.glorri.com/vacancies/agroparkyalama/agroparkyalama-emekhaqqi-uzre-mutexessis-71897