“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

SOSİUM
458

Ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikəri nəzərdə tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəbn məlumat verilib.

“Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra, növbəti həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək.

Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və ya xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla e-qaydada həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq — Fins.az — Fins.az