Dövlət Xidməti 6 qurumun saytının fəaliyyətini dayandırıb

Dövlət Xidməti 6 qurumun saytının fəaliyyətini dayandırıb

SOSİUM
1,237

Aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin //ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin //aida.mfa.gov.az və //nakhchivan.mfa.gov.az, Qusar rayon Gənclər və İdman İdarəsinin //qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun //ganjaauto.gov.az və İsmayıllı rayon bələdiyyəsinin //ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyyəti dayandırılıb.

Fins.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

“Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək”, - deyə məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Xidməti 6 qurumun saytının fəaliyyətini dayandırıb — Fins.az — Fins.az