Dövlət tibb müəssisələrində 54,5 min əlillik təyinatı aparılıb

Dövlət tibb müəssisələrində 54,5 min əlillik təyinatı aparılıb

SOSİUM
320

2025-ci ildə Azərbaycanda əlilliyi olan şəxslərə reabilitasiya və tibbi xidmətlərin göstərilməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib.

Fins.az xəbər verir ki, bu göstəricilər Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub.

Reabilitasiya xidmətləri

Hesabat ilində ümumilikdə 141,7 min nəfərə reabilitasiya xidməti göstərilib, çarpayı fondunun doluluğu 84,5% təşkil edib. Xidmətlərin əhatəsi səyyar tədbirləri də əhatə edib ki, burada 2,2 min əlilliyi olan şəxsə xidmət göstərilib.

Əlillik təyinatları

Dövlət tibb müəssisələri tərəfindən 2025-ci il ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında 25,3 min ilkin və 29,2 min təkrar əlillik təyinatı olmaqla, ümumilikdə 54,5 min əlillik təyinatı aparılıb.

Əlillik dərəcəsinə görə bölgü belədir:

1-ci dərəcə (orqanizmin funksiyalarının 81-100% pozulması): 5,9 min nəfər
2-ci dərəcə (61-80% pozulma): 8,7 min nəfər
3-cü dərəcə (31-60% pozulma): 10,7 min nəfər

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət tibb müəssisələrində 54,5 min əlillik təyinatı aparılıb — Fins.az — Fins.az