
İT dəstək üzrə kiçik mühəndis - VAKANSİYA
Fins.az - Kontakt Home vakansiya elan edir.
Təsvir
Kompüter, printer, skaner və digər ofis avadanlıqlarına ilkin texniki dəstəyin göstərilməsi;
Korporativ şəbəkə, Wi-Fi və internet bağlantısı ilə bağlı problemlərin aşkarlanması və aradan qaldırılması;
Sistem administratoruna gündəlik işlərdə dəstək göstərilməsi;
İT inventarizasiyasının aparılmasında və müvafiq sənədləşdirmə proseslərində iştirak;
Proqram təminatlarının quraşdırılması, sazlanması və yenilənməsi proseslərinə dəstək;
İstifadəçilərdən daxil olan texniki müraciətlərin qeydiyyatı, təhlili və həlli istiqamətində işlərin görülməsi;
Məlumat təhlükəsizliyi və ehtiyat nüsxələmə prosedurlarının tətbiqi ilə tanış olmaq və dəstək göstərmək.
İş şəraiti:
İş günləri: Həftənin I–V günləri;
İş saatları: 09:00 – 18:00.
Tələblər
Müvafiq sahə üzrə 1 ilədək iş təcrübəsi;
Komanda ilə effektiv ünsiyyət və əməkdaşlıq bacarığı;
Məsuliyyətli, operativ problem həll etmə və detallara diqqət yetirmə bacarığı;
Vaxtın effektiv idarə olunması və işlərin prioritetləşdirilməsi bacarığı;
Windows əməliyyat sistemi və Microsoft Office proqramları üzrə yaxşı biliklər;
TCP/IP, DNS, DHCP və şəbəkə texnologiyalarının əsasları üzrə ilkin biliklər;
LAN və Wi-Fi bağlantı problemlərinin diaqnostikası və həlli üzrə praktiki bacarıqlar;
Remote Access alətləri ilə işləmə bacarığı;
Active Directory üzrə ilkin biliklər;
Windows və Linux server mühitləri üzrə baza biliklərə malik olmaq (üstünlükdür);
POS sistemləri ilə iş təcrübəsi (üstünlükdür);
Məxfilik qaydalarına riayət etmək;
Ezamiyyətlərə hazır olmaq.
Vakansiya növü - Tam ştat
Müraciət et: https://jobs.glorri.az/vacancies/abc-telecom/abc-telecom-it-destek-uzre-kicik-muhendis-42440633?source=job