
CİS mütəxəssisi - VAKANSİYA
Fins.az - Digismart tech MMC vakansiya elan edir.
Tələb olunan bacarıqlar:
Ali təhsil (uyğun ixtisas üzrə ali təhsil);
Sahə üzrə minimum 1 illik iş təcrübəsi;
ArcGİS, Mapİnfo, QGIS, Autocad Civil 3D, Google Earth proqram təminatlarında yaxşı işləmə bacarığı
Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
MS Office üzrə biliklər.
Vəzifə öhdəlikləri:
Cəmiyyətin xəritə bazasının saxlanması;
Dəyişikliklərin mütəmadi şəkildə qeydiyyatı;
Bütün bazanın paralel olaraq CİS bazada yığılması;
Kartoqrafiya işləri;
Texniki komandanın CİS sorğularının yerinə yetirilməsi;
DEM və digər topoqrafik modellər üzərində əməliyyatlar;
Müxtəlif miqyaslarda topoqrafik xəritələrin tərtibi;
Cəmiyyətin torpaq sənədləşmə işlərinin, yerquruluşu planlarının və bu yöndə digər bürokratik və texniki məsələlərin həlli işlərinin icrası;
Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını birbaşa rəhbərini məlumatlandırmaqla vaxtında və tam icra etmək:
CİS proqram istifadəsi
Xəritə qatların (bina, küçə, ünvan, POI) qurmaq və redaktə
Topologiya və atributların qurulması nəzarəti
Şirkətin daxili bazasında olan məlumatları yoxlanılması və aktuallaşdırılması
Ünvan reyestri aparılması və yenilməsi
Ünvan reyestri məlumatların yoxlanılması (emalı), təsdiq edilməsi
Ünvan haqqında akt sənədlərin yığılması və yoxlanılması (olduğu halda)
Ünvanın unikallığını kontrol etmək (ünvanda səhv yolverilməzdir)
İş şəraiti
Əmək haqqı: 1500-2500 AZN.
Tibbi sığorta və koorporativ nömrə ilə təmin edilir.
İş qrafiki: 5 iş günü saat 09:00-18:00,
nahar vaxtı saat 13:00 -14:00.
İş yeri: Badamdar qəsəbəsi
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi“subject” (mövzu) hissəsində CİS mütəxəssisi qeyd etməklə qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərsiniz.