Ceyhan terminalından yola salınan neft tankerlərinin sayı beş minə çatıb

Ceyhan terminalından yola salınan neft tankerlərinin sayı beş minə çatıb

SOSİUM
358

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 5 mininci tanker Türkiyənin Adana vilayətindəki Ceyhan dəniz terminalında yola salınıb.

“Anadolu” xəbər verir ki, bu barədə BOTAŞ International Ltd və BTC-nin məlumatında deyilir.

Qeyd edək ki, 2006-cı ilin iyun ayından BTC-nin Türkiyə bölməsi BOTAŞ International Ltd (BIL) dövlət şirkəti tərəfindən idarə olunur. 2006-cı il iyunun 2-dən tankerlər dünya bazarına 3 milyard 813 milyon barrelə qədər xam neft çıxarıb.

“BOTAŞ International Ltd” şirkətinin baş direktoru Nadim Ekiz deyib ki, BTC boru kəməri sayəsində Türkiyə Şərq-Qərb enerji dəhlizinin mühüm iştirakçılarından birinə çevrilib.

Hazırda Azərbaycandan BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdənizdən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ceyhan terminalından yola salınan neft tankerlərinin sayı beş minə çatıb — Fins.az — Fins.az