Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkaları keçirilib

Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkaları keçirilib

SOSİUM
352

Finss.az - Böyük Qayıdış proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Zəngilan və Laçın rayonlarında növbəti əmək yarmarkaları təşkil edib.

ƏƏSMN-dən verilən məlumata görə, tədbirlərdə 5 işəgötürən tərəfindən ümumilikdə 60 vakansiya təqdim olunub. Vakansiyalar əsasən tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator və təsərrüfatçı peşələrini əhatə edib.

Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş şərtləri və vəzifə öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkaları keçirilib — Fins.az — Fins.az