Bu il BTQ ilə yükdaşımaların ötən ilə nisbətən 50% artacağı gözlənilir

Bu il BTQ ilə yükdaşımaların ötən ilə nisbətən 50% artacağı gözlənilir

SOSİUM
532

Ötən ilin ilk 100 günündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 20 futluq ekvivalentində götürdükdə 1 266konteyner, 2020-ci ilin ilk 100 günündə isə 2 148 konteyner daşınıb.

Bu barədə müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yükdaşımalar departamentinin rəisi Emil Əhmədovməlumat verib. 

Onun sözlərinə görə, epidemioloji durumun sabitləşməsi şərtilə ADY bu il BTQ ilə yükdaşımaların həcminin ötən ilə nisbətən 50% artacağını proqnozlaşdırır.

“Bu xətlə yükdaşımaların həcmində 2019-cu ildə 2018-ci ilə nisbətən 20 futluq konteyner ifadəsində 43% artım olub. Vaqonlarda daşınan yükləri müqayisə etsək 2019-cu ilin ilk 3 ayında 611 vaqon –40 min ton yük daşınmışdırsa 2020-ci ilin ilk 3 ayında 1 572 vaqon – 70 min ton yük daşınıb”, - ADY rəsmisi qeyd edib. 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il BTQ ilə yükdaşımaların ötən ilə nisbətən 50% artacağı gözlənilir — Fins.az — Fins.az