Bu il 813 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Bu il 813 min şəxsə sosial müavinət və təqaüd ödənilib

SOSİUM
951

Yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 813 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə Nazirlikdən xəbər verilib.

Bildirilib ki, onlardan 446 mini sosial müavinətlə, 367 mini Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çox olmaqla 532 mln. manat, Prezident təqaüdləri üzrə 28 faiz çox olmaqla 354 mln. manat ödənilib.

Bu ilin 8 ayında 168,5 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il 813 min şəxsə sosial müavinət və təqaüd ödənilib — Fins.az — Fins.az