Biznesin Analitikası üzrə Kiçik Mütəxəssis (Müvəqqəti əvəzetmə) - VAKANSİYA

Biznesin Analitikası üzrə Kiçik Mütəxəssis (Müvəqqəti əvəzetmə) - VAKANSİYA

SOSİUM
270

Fins.az - Norm OJSC vakansiya elan edir.


Hazırda şirkətimizə Biznesin Analitikası üzrə Kiçik Mütəxəssis (Müvəqqəti əvəzetmə) tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Maliyyə və ya İqtisadiyyat üzrə ali təhsil 

  • Əlaqədar sahə üzrə ən azı 1-2 il iş təcrübəsi 

  • MS Office proqramlarında işləmə bacarığı

  • Əla səviyyədə ingilis dili biliyi

  • SAP biliyi

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük

  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

  • Bütövlük

  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Kommersiya məlumatlarının (bazar və biznes) müqayisəsi, təhlili, hazırlanması, saxlanması və müntəzəm hesabatların verilməsinin təmin edilməsi;

  • Statistik məlumatların əldə edilməsi, saxlanması və analitik dəstəyin təmin edilməsi;

  • Bazar araşdırmalarının mütəmadi həyata keçirilməsi, təhlili, müqayisəsi və hesabatların təqdim edilməsi (bazar, qiymət və müqayisəli təhlil);

  • Bazarın vəziyyətinin araşdırılması, məlumatların əldə edilməsi və biznes qərarlarının verilməsi üçün səmərəli təkliflərin irəli sürülməsi;

  • Bazarın genişləndirilməsi ilə əlaqədar strateji layihələrin həyata keçirilməsi/dəstəklənməsi;

  • Kommersiya şöbəsi üçün səciyyəvi bütün hesabatların vaxtında tərtib edilməsi;

  • Vertikal inteqrasiya üzrə alternativ biznesin inkişaf istiqamətlərinin təhlili;

  • Biznesin inkişafı üçün sənaye yönümlü bençmarkların layihələndirilməsi və aparılması;

  • Biznes inkişaf layihələrinin həyata keçirilməsi və nəzarəti;

  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;

  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta

  • Servis avtobusu

  • Şəxsi və peşəkar inkişaf imkanları

  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

  • Digər imtiyazlar 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ([email protected]) ünvanına göndərməyiniz xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Biznesin Analitikası üzrə Kiçik Mütəxəssis (Müvəqqəti əvəzetmə) - VAKANSİYA — Fins.az — Fins.az