Biznes Proseslərin İdarəedilməsi şöbəsində Metodologiya və Modelləşdirmə qrupunun Mütəxəssisi - VAKANSİYA

Biznes Proseslərin İdarəedilməsi şöbəsində Metodologiya və Modelləşdirmə qrupunun Mütəxəssisi - VAKANSİYA

SOSİUM
355

Fins.az - PASHA Bank Biznes Proseslərin İdarəedilməsi şöbəsində Metodologiya və Modelləşdirmə qrupunun Mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Təsvir

  • Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s. ) qanunvericiliyə uyğunluğunun tənzimlənməsi;

  • Bütün struktur vahidləri ilə birlikdə hazırlanan Biznes Proseslər toplusunda (BPU) dəyişikliklərin idarə olunması;

  • Normativ sənədlərin yaradılması və təsdiqindən tutmuş, arxivləşdirilməsinə qədər bütün mərhələlərinin idarə edilməsi;

  • Normativ sənədlərdə formatlaşdırma, terminologiya və üslubun standartlaşdırılması üçün qrup lideri ilə müzakirələrin edilməsi və sənədlərin standartlara uyğunluğunun təmin edilməsi;

  • Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsi;

  • Biznes proseslərinin mövcud təşkilati struktura uyğunluğunun təmin edilməsi;

  • RPA layihəsi çərçivəsində əl ilə görülən işlərin müəyyən edilməsi, vaxtının ölçülməsi və RPA layihəsi ilə məşğul olan müvafiq əməkdaşlara bu barədə məlumatın verilməsi;

  • Cari iş addımlarını dəqiq təsvir edən hərtərəfli biznes prosesi modellərini inkişaf etdirmək üçün qabaqcıl modelləşdirmə üsullarından istifadə edilməsi;

  • Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmin edilməsi;

  • Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstəyin göstərilməsi;

  • Proseslə bağlı problemlər ortaya çıxdığı halda effektiv həllər tapmaq üçün analitik və problem həll etmə bacarıqlarından istifadə edilməsi;

  • Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və tələb olunan məlumatların toplanıb araşdırılması;

  • Büdcədənkənar işə qəbul lazım olduqda və ya strukturlara yeni iş ötürüldükdə İR sorğusu əsasında iş yükünün ölçülməsi;

  • Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması;

  • Görülən işlərin qeydiyyatının aparılması və təqdimatların hazırlanması.

Tələblər

  • Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.

  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il, öz funksiyasında 2 il iş təcrübəsi

  • Lisenziya/ Sertifikat: Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir

  • Xarici dil: İngilis dili (səlis), Rus (səlis)

  • Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab

  • Məhsul biliyi: tələb olunur.

  • Bazar biliyi: tələb olunur.

  • Digər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Vakansiya növü - Tam ştat

Müraciət et: https://jobs.glorri.az/vacancies/pashabank/pashabank-biznes-proseslerin-idareedilmesi-sobesinde-metodologiya-ve-modellesdirme-q-43848?source=JobSearch

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Biznes Proseslərin İdarəedilməsi şöbəsində Metodologiya və Modelləşdirmə qrupunun Mütəxəssisi - VAKANSİYA — Fins.az — Fins.az