
IT Biznes analitik - VAKANSİYA
Fins.az - Unicapital vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Biznes ehtiyaclarının müəyyənləşdirilməsi, tələblərin toplanması, təhlili və aidiyyəti tərəflərlə razılaşdırılması;
Biznes və funksional tələblərin hazırlanması, sənədləşdirilməsi və aktuallığının təmin edilməsi;
İstifadəçi hekayələrinin (User Stories), qəbul meyarlarının (Acceptance Criteria), As-Is / To-Be proseslərinin və digər biznes analiz sənədlərinin hazırlanması;
Mövcud biznes proseslərinin təhlili, problemlərin müəyyənləşdirilməsi və təkmilləşdirmə imkanlarının təqdim edilməsi;
Biznes və texniki komandalar arasında əlaqələndirici rolun icra edilməsi və tələblərin düzgün şəkildə çatdırılması;
Tələblərdə baş verən dəyişikliklərin idarə olunması və aidiyyəti tərəflərlə koordinasiyanın aparılması;
Layihə komandası ilə birgə hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun yoxlanılması;
Test ssenarilərinin hazırlanmasına və istifadəçi qəbul testlərinə (UAT) dəstək göstərilməsi;
Biznes proseslərinin modelləşdirilməsi və proses axınlarının hazırlanması;
Layihə və məhsullar üzrə sənədlərin hazırlanması və idarə olunması;
Maraqlı tərəflərlə effektiv kommunikasiya və əməkdaşlığın təmin edilməsi.
Namizədə dair tələblər:
İnformasiya Texnologiyaları, Biznesin İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Biznes Analitik və ya əlaqəli vəzifə üzrə minimum 2 il iş təcrübəsi;
Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi üzrə təcrübə;
İstifadəçi hekayələrinin (User Stories), qəbul meyarlarının (Acceptance Criteria) və biznes proseslərinin hazırlanması üzrə biliklər;
Agile/Scrum metodologiyaları üzrə biliklər;
BPMN, Flowchart və ya digər proses modelləşdirmə alətləri ilə işləmə bacarığı;
SQL üzrə baza biliklər və məlumatların təhlili bacarığı;
Jira, Confluence və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
Güclü analitik düşüncə, problem həll etmə və detallara diqqət bacarığı;
Effektiv yazılı və şifahi ünsiyyət bacarığı;
Azərbaycan dili səlis, ingilis və rus dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı mütləqdir.
Maraqlanan namizədlər öz CV-lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.