
Biznes Analitik (Biznes məlumatlarının təhlili üzrə mütəxəssis) - VAKANSIYA
Fins.az - Mpay MMC vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Biznes tələblərini hesabatlara və/və ya idarəetmə panellərinə (dashboards) çevirmək;
Power BI vasitəsilə (digər vizuallaşdırma alətlərindən də istifadə arzuolunandır) keyfiyyətli hesabat və məlumat vizuallaşdırma həllərini layihələndirmək
Müxtəlif statistik metodlardan istifadə edərək məlumatların analiz nəticələrini şərh etmək;
Müxtəlif mənbələrdən məlumatların çıxarılması və tədqiqatını idarə etmək;
Bazardakı imkanlar, risklər, müxtəlif mövzular və trendlər üzrə analizlər aparmaq və hesabatlar hazırlamaq;
Tədqiqat və analiz nəticələrini icra oluna bilən fəaliyyət planlarına çevirmək;
Cari biznes strategiyası çərçivəsində tətbiq olunan taktikalar üzrə əsaslandırılmış tövsiyələr və zəruri korreksiyalar təklif etmək;
Şirkətin cari performansı barədə müntəzəm biznes analizi hesabatlarını hazırlamaq;
Analiz nəticəsində əldə edilmiş tapıntıları və anlayışları biznes rəhbərlərinə və maraqlı tərəflərə şifahi və yazılı formada peşəkar şəkildə təqdim etmək.
Tələblər:
İqtisadiyyat, Biznes, Riyaziyyat, Statistika, Maliyyə və əlaqəli sahələr üzrə ali təhsil
Böyük həcmli məlumatlarla işləmə bacarığı
Baza maliyyə və mühasibatlıq bilikləri;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (İngilis dilini texniki səviyyədə bilməsi mütləqdir.);
Güclü MS PowerPoint və MS Excel bacarıqları, hesabat xarakterli təqdimatların hazırlanması təcrübəsi;
Detallara qarşı diqqətli və yaradıcı yanaşma;
Yüksək Power BI, Python/R bilikləri, digər proqram təminatları və proqramlaşdırma dilləri üstünlükdür.
Müvafiq sahədə ən azı 1-2 il iş təcrübəsi tələb olunur.
İş şəraiti:
Ofis daxili;
İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar xərcinin təmin olunması;
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Müraciət et: https://career.mpay.az/public/OxbWQUCkhJkEBwa85Gx9nQ/vacancy/15