Biotibbi texnologiya mühəndisi - VAKANSİYA

Biotibbi texnologiya mühəndisi - VAKANSİYA

SOSİUM
293

Fins.az - Pulsmed vakansiya elan edir.


İş şəraiti: 

  • İş yeri: Bakı

  • İş rejimi: 5 günlük (09:00–18:00)

  • Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Əsas vəzifə öhdəlikləri və gözləntilər

  • Biotibbi cihazların texniki baxışı, diaqnostikası və proqram təminatının həyata keçirilməsi;

  • Laboratoriya və tibbi avadanlıqlara texniki servis xidmətinin göstərilməsi;

  • Aşkarlanmış texniki nasazlıqların vaxtında və effektiv şəkildə aradan qaldırılması;

  • Texniki sənədləşmənin aparılması və görülən işlər barədə hesabatların hazırlanması;

  • Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirilməsi;

  • Zərurət yarandığı təqdirdə regionlara və xaricə ezamiyyətlərdə iştirak.

Tələb olunan bilik və bacarıqlar

  •  Ali təhsil (Biotibbi Cihaz Texnologiyaları və ya Elektronika);

  •  Bu sahədə təcrübəsi olanlara üstünlük verilir;

  • Microsoft Office proqramlarında əsas səviyyədə işləmə bacarığı (xüsusilə Word və Excel);

  • Xarici dil bilikləri üstünlükdür;

  • Komandada işləmək, öyrənməyə açıq olmaq;

  • Ünsiyyət bacarıqları, məsuliyyət;

  • Yeni bilikləri tez mənimsəmək və sahə üzrə inkişaf etmək istəyi.

Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına mövzu hissəsində “Biotibbi mühəndis yazaraq göndərmələri xahiş olunur. 

Əlavə suallar üçün 010 252 40 91 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Biotibbi texnologiya mühəndisi - VAKANSİYA — Fins.az — Fins.az