Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq

Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq

SOSİUM
482

“Xırdalan” QPS-də “BMSK(Xırdalan QRS)” ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan 17.10.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən Fins.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məhəbbət Məmmədov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq — Fins.az — Fins.az